Ötən gecə futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulub.
Modern.az xəbər verir ki, turun ikinci oyun günündə A, B, C və D qruplarında görüşlər keçirilib. Pley-off mərhələsinə çıxan daha iki klubun adına aydınlıq gəlib. Qrup mərhələsinin başa çatmasına iki tur qalmış “Ayaks” və “Liverpul” növbəti mərhələyə vəsiqələri təmin edib.
Türkiyənin yeganə təmsilçisi, C qrupunda yer alan “Beşiktaş” səfərdə Portuqaliyanın “Sportinq” komandasının qonağı olub.
Qarşılaşma meydan sahiblərinin 4:0 hesabı ilə qələbəsi ilə başa çatıb. Bu qrupun digər görüşündə “Ayaks” səfərdə “Borussiya Dortmund” komandasından üstün olub – 1:3.
Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
A qrupu
“Mançester Siti” (İngiltərə) – “Brügge” (Belçika) – 4:1;
“Leyptsiq” (Almaniya) – “Paris Sen-Jermen” (Fransa) – 2:2.
Xal durumu: “Mançester Siti” – 9, “Paris Sen-Jermen” – 8, “Brügge” – 4, “Leyptsiq” – 1.
B qrupu
“Milan” (İtaliya) – “Portu” (Portuqaliya) – 1:1;
“Liverpul” (İngiltərə) – “Atletiko” (Madrid, İspaniya) – 2:0.
Xal durumu: “Liverpul” – 12, “Portu” – 5, “Atletiko” – 4, “Milan” – 1.
C qrupu
“Sportinq” (Portuqaliya) – “Beşiktaş” (Türkiyə) – 4:0;
“Borussiya Dortmund” (Almaniya) – “Ayaks” (Niderland) – 1:3.
Xal durumu: “Ayaks” – 12, “Borussiya Dortmund” – 6, “Sportinq” – 6, “Beşiktaş” – 0.
D qrupu
“Real Madrid” (İspaniya) – “Şaxtyor” (Donetsk, Ukrayna) – 2:1;
“Şerif” (Moldova) – “İnter” (İtaliya) – 1:3.
Xal durumu: “Real Madrid” – 9, “İnter” – 7, “Şerif” – 6, “Şaxtyor” – 1.
Qeyd edək ki, ötən gün baş tutan oyunlardan sonra Almaniyanın “Bavariya” və İtaliyanın “Yuventus” klubları pley-offa vəsiqəni təmin ediblər.