Qarşıdakı mövsümdən UEFA Çempionlar Liqasının loqotipini dəyişəcək.
“Report”un “Footyheadlines” nəşrinə istinadən məlumatına görə, loqotipin təzə aqpreydi bu dəfə də kardinal yox, kiçik vizual yenilənməyə uğrayacaq. Dəyişikliklər bunlar olacaq:
– UEFA loqotipinin daha parlaq təsviri
– League (Liqa) sözünün miqyas alması
– “Champions League” (Çempionlar Liqası) yazısı şriftinin dəyişməsi (Xüsusən “p” və “e” sözləri seçilir”)
– “R” hərfi formasında ticarət nişanı olan dairənin yerləşməsindəki dəyişiklik.
Loqotipin rəngli qammasının dəyişdirilməsi isə sual altındadır. UEFA bununla bağlı yekun qərarı hələ açıqlamayıb.
Qeyd edək ki, Çempionlar Liqasının loqotipi 1992-ci ildə yaradılıb. O vaxtdan emblemin konsepti minimal yenilənmələrə məruz qalıb. Dəyişikliklər xırda detallarda baş verir.
![](https://static.report.az/photo/dd64172c-a338-397c-9d25-229934f393f3_290.jpg)
![](https://static.report.az/photo/c3d09113-fb47-3ac5-bef8-e5d75dcf9e25_290.jpg)
![](https://static.report.az/photo/c4411145-eb72-3891-be8d-444f32737416_290.jpg)