Bu gün Çexiyanın Libereç şəhərində bazar gününə qədər davam edəcək 24-cü “Anifilm” Beynəlxalq Animasiya Filmləri Festivalı açıq elan edilib.
AZƏRTAC xəbər verir ki, festivalda müasir dünya animasiyasının ən yaxşı nümunələri təqdim olunacaq. Bu axşam keçiriləcək açılış mərasimində rəssam Vratislav Qlavatıya böyük nailiyyətlərinə görə mükafat təqdim olunacaq. Festival onun yaradıcılığına nəzər salaraq “Əzizim Klementina” (1959), “Nəhənglər” (1969), “Heyvanlar Karnavalı” (2006) və “III məktəbli gündəliyi və ya Edudant və Fransimor” (1993) kimi filmləri xatırladacaq.
Festivalın müsabiqədənkənar hissəsi ilk dəfə olaraq elmi fantastika janrına həsr olunacaq.
Bununla yanaşı, fransız rejissor Rene Lalunun “Vəhşi planet”, polşalı rejissor Pyotr Kamlerin insanla üstün varlıq arasında təmasdan bəhs edən eksperimental “Xronopolis” filmi və yapon rejissor Mamoru Osiinin 1995-ci il istehsalı olan tammetrajlı anime filmi olan “Zirehli Ruh” kimi kult əsərlər də diqqətdən kənarda qalmayacaq.