Yeni Zelandiyalı Ceyn Kempion ən yaxşı rejissor işinə görə “Qızıl qlobus” mükafatı ilə təltif olunub.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, rejissor bu nominasiya üzrə mükafatı “Köpəyin hökmranlığı” (The Power of the Dog, 2021) filminə görə alıb. Ekran əsəri xaraktercə fərqli, Montana ştatında ranço sahibi olan iki qardaş haqqındadır. Kempionun bu kateqoriya üzrə rəqibləri Stiven Spilberqin “Uest sayd əhvalatı” (West Side Story, 2021) və Kennet Branın (Belfast, 2021) filmləri olub.