Çin iyulun 15-dən 16-dək Cənubi Çin dənizində hərbi təlimlər keçirmək niyyətindədir.
APA xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dəniz İşləri Administrasiyasının saytında yerləşdirilən məlumatda deyilir.
Qısa bildirişdə Cənubi Çin dənizinin müəyyən ərazilərində müvəqqəti naviqasiya qadağasının tətbiq ediləcəyi bildirilir.