Çin dronlarla mübarizə üçün nəzərdə tutulmuş yeni zenit-raket-top kompleksi (ZRTK) hazırlayıb.
“Report” bu barədə “Defence Blog” nəşrinə istinadən xəbər verir.
SWS3 sistemi 6×6 və 4×4 təkər tənzimləməli zirehli avtomobillərə quraşdırıla bilər.
Çinin zenit-raket-top kompleksinin arsenalına iki 35 mm-lik avtomatik top və “yer-hava” raketləri daxildir. SWS3 dronlardan əlavə qanadlı raketləri, dəqiqlikli sursatları və alçaqdan uçan digər hədəfləri vura bilir.
Çinin zenit-raket-top kompleksi bir radar stansiyası və hədəflərin axtarışı üçün optik-elektron komplekslə təchiz olunubı. SWS3 avtonom şəkildə və eşelonlu hava hücumundan müdafiə sisteminin bir hissəsi kimi fəaliyyət göstərə bilər.