Çinin dəniz polisinin 4 patrul gəmisi Şərqi Çin dənizində Yaponiya ilə mübahisəli Senkaku (Dyaoyuydao) adaları yaxınlığındakı zonaya daxil olub.
“Report” xəbər verir ki, bu barədə “Kyodo” məlumat yayıb.
Bildirilib ki, gəmilərdən biri avtomatik topabənzər silahla təchiz edilib. Daha əvvəl Çin gəmiləri dekabrın 10-da Senkaku zonasına daxil olub.