Çində kinoteatrların kassa yığımı ötən il 47 milyard yuan (7,37milyard ABŞ dolları) təşkil edib.
AZƏRTAC Çin Dövlət Kino Administrasiyasına istinadla xəbər verir ki, COVID-19 pandemiyasının mənfi təsirlərindən sonra özünə gələn Çinin kino sənayesi kassa yığımının məbləğinə görə dünyada ilk sıradadır. Ötən il Çin kinoteatrlarında 82 mindən çox ekran əsəri nümayiş olunub. Kassa yığımının 84 faizi yerli istehsal filmlərdən əldə olunub.
Qeyd edək ki, son illər Çinin kino sənayesi sürətlə inkişaf edir. 2020-ci ildə də Çin kinoteatrların ümumi kassa yığımı üzrə dünyada birinci olmuşdu.