Koreya müharibəsinin ilk günlərində (1950-1953) Çin könüllülərinin Amerika qoşunları ilə döyüşü barəsində çəkilən hərbi blokbaster Çinin satış kassalarında artıq iki həftədir ki, liderliyini qoruyur.
TASS agentliyi xəbər verir ki, “China Movie Data Information Network” şirkətinin hesablamalarına görə oktyabrın 1-də böyük ekranlara çıxan “Çandjin gölü” filmi iki həftə nümayişi zamanı 4,45 milyard yuan (700 milyon dollar) gəlir gətirib.
Ekran əsəri ABŞ kinoşirkətləri və “Bona Film Group” tərəfindən ərsəyə gəlib. Sosial şəbəkə istifadəçiləri kinolentin vətənpərvərlik ruhunda çəkildiyini bildiriblər.
Film, Çin Xalq Respublikasının müharibəyə girməsindən sonra Amerika qoşunlarına və onun müttəfiqlərinə qarşı apardıqları hərbi əməliyyatlardan bəhs edir. (azertag)