Çin investisiya holdinqi Tencent İspaniya “Barselona”sının titul sponsoru ola bilər.
“Report” “Diario Sport”a istinadən xəbər verir ki, şirkət sosial şəbəkələr, onlayn reklamlar və oyunlarla məşğuldur.
Kataloniya təmsilçisi ilə kriptovalyuta şirkəti olan Polkadot əməkdaşlıq etməyə çalışır.
Qeyd edək ki, “Barselona”nın hazırkı titul sponsoru Yaponiyanın Rakuten brendidir. Tərəflər arasında müqavilə müddəti 2022-ci ilin yayında başa çatacaq. Klub bu əməkdaşlıqdan illik 30 milyon avro qazanır.