“ABŞ Əfqanıstanın bərpasının məsuliyyətinin üzərinə götürməlidir”.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ tacikistanın paytaxtı Düşənbədə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammiti çərçivəsində Rusiya, İran və Pakistan XİN başçılarının görüşündə bildirib.
“Dörd dövlət (Çin, Rusiya, İran və Pakistan-red.) başqa dövlətlərlə birlikdə ABŞ-ı dərs almağa təşviq etməlidir. ABŞ Əfqanıstanın bərpasına görə məsuliyyət daşımalı, ona iqtisadi və humanitar yardım göstərməlidir”, – Çinin XİN başçısı deyib.
Onun sözlərinə görə, Əfqanstanda yeni siyasi struktur formalaşması hələ başa çatmayıb: “Ölkədə etnik və dini münaqişə çox mürəkkəb xarakter alıb”.