Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə elan olunmuş heykəltəraşlıq müsabiqəsinin qalibləri müəyyən olunub.
Mədəniyyət Nazirliyindən “Report”a verilən məlumata görə, müsabiqəyə ölkəmizin heykəltəraşları tərəfindən 21 əsər təqdim olunub.
Təsdiq olunmuş işlərin dəyərləndirilməsi və müsabiqənin yekun nəticələrinin müəyyən olunması məqsədilə Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Ekspert Komissiyası tərəfindən qaliblər seçilib.
Müsabiqədə Natiq Əliyev birinci, Nurəli Şahbazov ikinci, İlqar Ağaşov isə üçüncü yerə layiq görülüb.
Xatırladaq ki, heykəltəraşlıq müsabiqəsi Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunmuşdu.