ABŞ kəşfiyyatı HƏMAS yaraqlılarının sərhədi yararaq İsrailə hücum etməsindən bir neçə həftə öncə Fələstin – İsrail münaqişəsinin mümkün alovlanması ilə əlaqədar amerikan administrasiyasını xəbərdar edib.
“Report” xəbər verir ki, bu barədə məlumatı CNN əldə edib.
Bildirilib ki, ABŞ Prezidenti Cozef Baydenin administrasiyasına vəziyyətlə əlaqədar azı iki məruzə olunub. Sentyabrın 28-də deyilib ki, HƏMAS İsraillə sərhəd boyu raket zərbələri endirməyi planlaşdırır. Bundan başqa, oktyabrın 5-də Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) HƏMAS tərəfindən zorakılıq ehtimalının artdığını açıqlayıb. Telekanala görə, oktyabrın 6-da amerikalı rəsmilər arasında “HƏMAS tərəfindən qeyri-adi fəallığın artması haqqında İsraildən gələn məlumatlar dolaşıb” ki, bu da hücumun qaçılmaz olduğunu göstərib.