- Mədəniyyət

“CODA: Kar valideynlərin övladı” filmi ABŞ-ın Kino Aktyorları Gildiyasının əsas mükafatını qazanıb

Rejissor Siana Hederin “CODA: Kar valideynlərin övladı” ekran əsəri ABŞ-ın Kino Aktyorları Gildiyasının əsas mükafatını alıb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, “Ən yaxşı aktyor” və “Ən yaxşı aktrisa” kateqoriyalarında mükafatın qalibləri Uill Smit (“Kral Riçard”) Vinus Vilyams və Cessika Çesteyn (“Temmi Feyin gözləri” 2021) olub.

Qeyd edək ki, ABŞ-ın Kino Aktyorları Gildiyası 1993-cü ildə yaradılıb və kino və televiziya aktyorlarının və bu sənayedə çalışan digər yaradıcı insanların maraqlarını təmsil edir. Təşkilat öz mükafatını 1995-ci ildə təsis edib. O vaxtdan indiyədək hər il aktyorluqda yüksək nailiyyətlər əldə etmiş şəxslər üçün fəxri mükafatların təqdimetmə mərasimi keçirilir.