Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında ABŞ lideri Cozef Baydenin Kiyevə səfəri ilə bağlı paylaşım edib.
“Report”un xəbərinə görə, o, Birləşmiş Ştatlar Prezidenti ilə görüşdüyünü bildirib.
“Cozef Bayden, Kiyevə xoş gəlmisiniz! Sizin səfəriniz ukraynalılar üçün fövqəladə dərəcədə vacib dəstək nümayişidir”, – V.Zelenski görüşdə söyləyib.