Çexiyanın paytaxtı Praqada gənc cüdoçular arasında Avropa Kubokuna start verilib.
“Report” xəbər verir ki, beynəlxalq turnirin ilk günü Azərbaycan cüdoçuları 3 medal qazanıblar.
60 kq çəki dərəcəsində mübarizə aparan Qasım Vəlizadə gümüş medala sahib olub.
Rəşad Quluzadə (66 kq) da eyni nəticəni göstərib.
Qızların yarışında Nərmin Əkbərli (+78 kq) bürünc medala layiq görülüb.
Beləliklə, gənclərdən ibarət milli komanda Praqa turnirinin ilk günündə aktivinə 2 gümüş və 1 bürünc medal yazdırıb.
Qeyd edək ki, Avropa Kubokunda 33 ölkədən 383 cüdoçu yarışır.