Dəvələrin çəkisi 500-800 kq olur. Onlar 40 ilədək yaşayır, reproduktivliyə 2-3 yaşdan başlayır. Dəvələrin 38 dişi olur. İki cərgəli kiprikləri onları səhrada qum fırtınasından qoruyur. Gözləri əladır: hərəkət edən adamı 1, avtomobili 3-5 kilo-metrdən görürlər. İybilmə hissləri çox yüksəkdir. Təzə otlaq və ya içməli su mənbəyini 40-60 km-dən hiss edirlər. Dəvələr tərləmir. Bir eksperimentdə dəvəni 8 gün susuz saxlayblar. Bu müddətdə o, 100 kq çəki itirib. Sonra su veriblər. 10 dəqiqədə 103 litr su içib və itirilən 100 kq çəkini bərpa edib.
Ərəb dilində dəvə ilə bağlı 6 minə qədər söz olduğu bildirilir. Latıncada dəvə mənasında işlənən “camelus” sami dillərdə olan “cəməl”dən yaranıb. Bu söz şumer dilində “gam-mal” kimi işlənib, akkadcaya “gammalu” kimi keçib. Ərəbcə dəvə mənasında ən çox işlənən sözlər bunlardır: ibil, cemel, bəir, nəqa, hecin, falic, buxt. Cinsindən asılı olmayaraq tək dəvəyə bəir, dişi dəvəyə nəqa, tək hörküclü dəvəyə ırab, iki hürküclü Asiya dəvəsinə falic və ya buxt deyilir. Beləliklə….
aferna – qüvvətli dəvə
ameysel – kök, böyük dəvə
a`yes – ağ dəvə
cecceb – çox xəstə dəvə balası
alain – kök dişi dəvə
cel`abə – güclü dişi dəvə
cəmra – güclü dişi dəvə
cerdahl – böyük gövdəli dəvə
cülalə – böyük dişi dəvə
celenfeat – yekə qarınlı dəvə
cürşu – böyük qarınlı dəvə
cüsacis – böyük dəvə
dirdim/deluk – dişi qırılmış dəvə
haberkas – kiçik dəvə
hadil – gözlərində və ağzında çiban olan dəvə balası
hadba – ombaları çıxmış arıq dəvə
haliyə – başqa bir bala əmizdirən dəvə
həbul – balası qalmayan dəvə
hilbid – kiçik dəvə
hitl – yorğun dəvə
hurc – uzun dişi dəvə
hüzahiz – bağırqan dəvə
adin – otlaqda olan dişi dəvə
ahseb – tükünün rəngi pozuq olan qırmızı dəvə
andel – başı böyük dəvə
anis – kök və iri dəvə
ayta – uzun boyunlu dişi dəvə
azüz – məmələrinin dəlikləri dar olan dəvə
bəhirə – cahiliyyə dövründə on bala verdiyi üçün sərbəst buraxılan qulağı kəsik dəvə
bəkr/bəkrə – cavan erkək dəvə
bəl`as – yekə qarınlı dişi dəvə
bəsus – oxşayanda süd verən dəvə
bircis – südlü dəvə
cəməl – erkək dəvə
cülza – sağlam dəvə
dəbub – köklüyündən yeriyə bilməyən dəvə
earr – hürgücü kiçik dəvə
fənin – erkək dəvə
həməl – çobanı olmayan dəvə
həvzəb – yaşlı dəvə
hindalis – ağır yeriyən dəvə
hikka – dörd yaşa çatan dişi dəvə
maqas – qiymətli yaxşı dəvə
məkum – ağzı bağlı dəvə
məvahif – zəif dəvə
mükrif – anası ərəbi, atası ərəbi olmayan dəvə
naf – südü çox olan dəvə
işar – on aylıq hamilə dəvə
kinas – böyük dəvə
küzum – ağzında dişi olmayan yaşlı dəvə
qəsisə – dəvəçilərin yeməklərini və paltarlarını yüklədiyi dəvə
kehat – böyük kök dişi dəvə
kevma – böyük dabanlı dişi dəvə
ləhib – əti az olan dəvə
likah – südlük dəvə
likaht – sağılan dəvə
luk – qısa tüklü yük dəvəsi
macc – ağzından su axan qoca dəvə
masver – südü çətin çıxan dəvə
rəccə – hürgücü böyük dişi dəvə
rekub – sıxlıq olanda suya yaxınlaşmayan dəvə
mütfil – balalı dəvə
mümhat – incə südlü dişi dəvə
nəqa – dişi dəvə
nekda – südü olmayan dəvə
saibə – beş bala veridiyi üçün sərbəst buraxılan dəvə
sürsür – böyük qüvvətli dəvə
səf – yavaş yeriyən dəvə
səluf – suya gələn dəvələrin önündəki dəvə
səlub – bala salan dəvə
silb – dişləri kütləşmiş qoca dəvə
sintah – böyük qarınlı güclü dəvə
süfal – yavaş gedən dəvə
şəmirə – sürətli dəvə
şətut – böyük hürgüclü dəvə
uzhul – yük vurulmayan dəvə
yələb – ağ dəvə