Dənizkənarı Milli Parkda Yeni illə bağlı xüsusi hazırlıq işləri aparılır.
Bu barədə “Report”a Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva deyib.
“Bu il də ənənəyə uyğun olaraq, bulvar ərazisində Yeni İlə Bu il Dənizkənarı Bulvar İdarəsi olaraq çalışmışıq ki, bayram əhval-ruhiyyəsi daha yaxşı çatdırmaq, bir növ qonaqlarımızın zövqünü oxşamaq üçün Yeni il hazırlıqlarını daha geniş miqyasda, yeni və fərqli tərtibatda təqdim edək”, – Ə.Mehdiyeva bildirib.

Ə.Mehdiyeva qeyd edib ki, bulvarın giriş hissələrində xüsusi tərtibatla işıq dekorasiyaları var. Bununla yanaşı, Kukla teatrının yaxınlığındakı hissədə Yeni il yarmarkasının fəaliyyəti nəzərdə tutulub.