Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 30 şəhid və qazi ailəsinə mənzil təqdim olunub.
Trend-in məlumatına görə, yeni mənzillər Suraxanı rayonu, Ramana qəsəbəsində yerləşən Şuşa şəhərciyindədir. Kompleks bütün zəruri infrastrukturla təmin olunub.
Qeyd olunub ki, bu günə kimi 9300 şəhid ailəsi və qaziyə mənzil və evlərin verilməsi təmin olunub. Yaxın 5 il ərzində bu kateqoriyadan olan daha 11 min şəxsin evlə təmin olunması nəzərdə tutulub.