ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyaları genişləndirib.
Modern.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Vaşinqton daha iki rus biznesmenə sanksiya tətbiq edib.
Nazirliyin Xarici Aktivlərə Nəzarət İdarəsi iki rusiyalı iş adamı Mixail Fridman və Petr Aveni “qara siyahı”ya salıb.