- Cəmiyyət

Danimarka Qrenlandiyanın müdafiəsini yeni patrul gəmiləri və F-35-lərlə gücləndirəcək

Danimarka hökuməti F-35 təyyarələrinin yerləşdirilməsi üçün Qrenlandiyaya Kangerlussuaq hava limanını müasirləşdirmək və hərbi mövcudluğunu gücləndirmək niyyəti ilə iki yeni patrul gəmisi almağı təklif edib.

Bu barədə “Report” xarici KİV-ə istinadən xəbər verir.

Xatırladaq ki, Danimarka bundan əvvəl Atlantik okeanının şimal hissəsi və Arktika üzərində uzun mənzilli pilotsuz uçuş aparatlarından istifadə etməklə patrulların gücləndirilməsi üçün 400 milyon dollar ayırıb.