- Cəmiyyət

Danimarka Ukraynaya altı F-16 qırıcısı göndərib

Danimarka Ukraynaya altı F-16 qırıcısı təhvil verib və daha 13 təyyarə tədarük etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bunu Danimarkanın Baş naziri Mette Frederiksen Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib. Konfransın videosu onun teleqram kanalında paylaşılıb.

“F-16 ilə bağlı planlarımız dəyişməyib. Altı ədəd F-16 artıq çatdırılıb – bu ilk partiyadır. Sonra daha bir partiya olacaq”, – deyə o bildirib.

Frederiksen Ukraynanın müdafiə sənayesinə 130 milyon avrodan çox yeni hərbi yardım paketinin ayrıldığını da qeyd edib.