Qədim zamanlarda Çində Pekin yaxınlığındakı kənddə bir müdrik kişi yaşayırdı. Bu kişi əməlli-başlı bilici idi. Qış vaxtı, çilənin son günü idi. Bir qrup şəxs müdrikin yanına gedib dedi:
– Gözünüz aydın, ey Müdriklər Müdriki, artıq çilə bitir, sabah boz ay gəlir. Şükür, bu qışı da belə yola verdik…
Müdrik gülümsəyib (o həmişə söz deyəndə gülüm-səyirdi) dedi:
– Çilənin bitməsi faktdır, amma demək olmaz, bu, xeyirdir, yoxsa şər?
Hamı təəccüblə bir-birinin üzünə baxdı, amma hörmət əlaməti olaraq heç kəs dillənmədi. Bilirdilər ki, müdrik boşuna demir. Gecəni yatdılar və səhər eşitdilər ki, lyan (qədim Çin pulu) 34% devalvasiya olunub.
Anladılar ki, müdrik düz deyirmiş Hamısı barmağını dişlədi. Özü də elə bərk dişlədilər ki, barmaqlarından qan fış-qırdı. Bir həftə gözlədilər, iki həftə gözlədilər, yaraları qay-saqlanıb sağalmadı. Müdrikin yanına gedib dedilər:
– Ey Müdriklər Müdriki, bir yandan lyan 34% devalvasiya olunub, inflyasiya şahə qalxıb, o biri yandan bar-mağımız sağalmır, Böyük dərddi bu.
Müdrik gülümsəyib (o həmişə söz deyəndə gülüm-səyirdi) dedi:
– Barmağımız sağalmır, bu faktdır. Amma demək olmaz, bu, xeyirdir, yoxsa şər?
Hamı təəccüblə bir-birinin üzünə baxdı, amma hörmət əlaməti olaraq heç kəs dillənmədi. Gecəni yatmadılar, fikir-ləşdilər, amma hikməti başa düşməyib Müdrikin yanına gəlib kömək istədilər.
Müdrik gülümsəyib (o həmişə söz deyəndə gülüm-səyirdi) dedi:
– Gedin dağa-daşa düşün, əlinizə keçən ot-əncərdən yeyin. Amma hər kəs yalnız bir ot növündən yesin. Ölən ölsün, qalan sağlar bizimdir.
Gedib elə də elədilər. Adamların bəzisi öldü, bəzisinin saçı töküldü, bir başqasının başına tük çıxdı. Birinin isə yarası sağaldı. Salamat qalanlar gəldilər müdrikin yanına. Müdrikin tapşırığı ilə bu otlardan yığıb dərmanlar düzəltdilər. Həm ölkədə satdılar, həm ixrac elədilər. Tezliklə ölkənin qeyri-neft sektoru inkişaf elədi. Gəlib müdrikə dedilər:
– Ey Müdriklər Müdriki, çox yaxşı oldu ki, bu şəfalı otu kəşf etdik. Daha bizə zaval yoxdu. Dağlarımız bu otlarla dolu-dur. Qazancı Milli Ot Fonduna yığıb kef edərik.
Müdrik gülümsəyib (o həmişə söz deyəndə gülüm-səyirdi) dedi:
– Bu otların dərman olması faktdır. Amma demək olmaz, bu, xeyirdir, yoxsa şər?
Hamı təəccüblə bir-birinin üzünə baxdı, amma hörmət əlaməti olaraq heç kəs dillənmədi. Bir müddət sonra qonşu ölkənin hökmdarı bu vaqiədən xəbər tutub ot sahələrini ələ keçir-mək üçün hücum elədi. Əli silah tutanın hamısını müharibəyə apardılar. Kənddə arvad-uşaqdan başqa bir Müdrik qalmışdı, bir də şair. Şair Müdrikə dedi:
– Ey Müdriklər Müdriki, bir şeir yazmışam. Aparım verim qəzetə, ot yeməkdən qırıldıq. Bəlkə, bir az yavanlıq pulu verdilər. Çoxdandı içmirik, yüz-yüz də vurarıq – vijdan haqqı, heç kəsə deməyəcəm. Bunu deyib şeiri oxudu:
Mərkəzi Bank salalı rəxnələr imkanimizə,
Kafər ağlar bizim əhvali-pəriºanimizə.
Pulu urvatsız edən, başına bitsin tüklər,
Niyə rəhm eyləmədin dideyi-giryanimizə?
Lyanın boynu bükük, bitdi tabü təvanı,
Kim tapıb dolduracaq dolları cüzdanimizə?
Belə getsə, əti də həftədə bir yol yeyərik,
Ayda bir yol süzərik kofeni fincanimizə.
Mətbəxdə var-gəl edir ac-acına günlərlə,
Necə təlqin eləyim bunları Məstanimizə?
Kamilin səbri bitib, həcvi də burda bitirək,
“Privet” göndərirəm Rüstəmi-dastanimizə…
Müdrik qımışıb (o həmişə söz deyəndə qımışırdı) dedi:
– Şeir yaxşıdı, amma qonorar olacaq, ya yox – bunu mən də bilmirəm. Bundan sonra şair şeirini də götürüb gedib “Pekin xəbərləri” qəzetinin redaksiyasına. Amma yazı verilibmi, müəl-lif qonorar alıbmı? Alıbsa, qonorara yavanlıq düşübmü? Düşübsə, yanında yüz qram olubmu? Olubsa, bu, xeyirdimi, yoxsa şərdimi? Bilmirik. Səbəb çox sadədir: manuskriptin aşağı hissəsini insekta sinfindən olan psekopterlər (kağız cücüləri) yeyib.