- Cəmiyyət, Manşet

DÇ-2022: Bu gün İspaniya – Almaniya oyunu keçiriləcək

Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün II turun daha 4 oyunu keçiriləcək.

“Report”un məlumatına görə, günün ilk matçı E qrupunda Yaponiya və Kosta Rika yığmaları arasında olacaq. Bu qrupun digər görüşündə isə mundiala qələbə ilə başlayan İspaniya ilk turda gözlənilmədən yaponiyalılara uduzan Almaniya yığması ilə münasibətlərinə aydınlıq gətirəcək.

F qrupunda isə Belçika Mərakeşi, Xorvatiya Kanadanı sınağa çəkəcək.

DÇ-2022

Qrup mərhələsi, II tur

27 noyabr

E qrupu

14:00. Yaponiya – Kosta Rika

Baş hakim: Maykl Oliver (İngiltərə)

“Əhməd İbn Əli” stadionu

23:00. İspaniya – Almaniya

Baş hakim: Denni Makkelli (Niderland)

“Əl Bayt” stadionu

Xal durumu: İspaniya – 3, Yaponiya – 3, Almaniya – 0, Kosta Rika – 0

F qrupu

17:00. Belçika – Mərakeş

Baş hakim: Sesar Arturo Ramos (Meksika)

“Al Tumama” stadionu

20:00. Xorvatiya – Kanada

Baş hakim: Andres Matonte (Uruqvay)

“Xəlifə” stadionu

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova