- Cəmiyyət

DÇ-2022: Qrup mərhələsinin III turunda daha 4 oyun keçiriləcək

Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün sonuncu – 3-cü turun digər oyunları keçiriləcək.

“Report”un məlumatına görə, C və D qruplarında mübarizə baş tutacaq.

C qrupunun lideri Polşa ikinci sıradakı Argentina ilə üz-üzə gələcək. Səudiyyə Ərəbistanı yığması Meksikanın müqavimətini qırmağa çalışacaq. Bu qrupda bütün komandaların 1/8 final mərhələsinə yüksəlmək şansları var.

D qrupunda pley-offu təmin edən Fransa Tunislə, Avstraliya isə Danimarka ilə münasibətlərə aydınlıq gətirəcək. Digər üç komandanın pley-off şansları davam edir.

DÇ-2022

Qrup mərhələsi, III tur

30 noyabr

C qrupu

23:00. Polşa Argentina

23:00. Səudiyyə Ərəbistanı – Meksika

Xal durumu: Polşa – 4, Argentina – 3, Səudiyyə Ərəbistanı – 3, Meksika – 1

D qrupu

19:00. Avstraliya – Danimarka

19:00. Tunis – Fransa

Xal durumu: Fransa – 6, Avstraliya – 3, Danimarka – 1, Tunis – 1

Qeyd edək ki, hələlik Fransa, Portuqaliya, Braziliya, Niderand, Seneqal, İngiltərə və ABŞ 1/8 finala yüksəlib.