2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində VI tura start verilib.
“Report”un məlumatına görə, ilk oyun günündə 5 qrupda 13 qarşılaşma baş tutub.
A qrupunda yer alan Azərbaycan millisi Portuqaliyanı qəbul edib və 0:3 hesabı ilə uduzub. Qrupun digər matçında Serbiya səfərdə İrlandiyanın müqavimətini qıra bilməyib – 1:1.
Son dünya çempionu Fransa Finlandiyaya qalib gəlib – 2:0. D qrupunda digər matçında Bosniya və Herseqovina evdə Qazaxıstanla bacarmayıb.
G qrupunda mübarizə aparan Türkiyə seçməsi isə səfərdə Niderlanda 1:6 hesabı ilə uduzub.
DÇ-2022, seçmə mərhələ
VI tur
4 sentyabr
A qrupu
20:00. Azərbaycan – Portuqaliya – 0:3
22:45. İrlandiya – Serbiya – 1:1
Xal durumu:Portuqaliya – 13, Serbiya – 11, Lüksemburq – 6 (4 oyuna), İrlandiya – 2, Azərbaycan – 1
D qrupu
22:45. Bosniya və Herseqovina – Qazaxıstan – 2:2
22:45. Fransa – Finlandiya – 2:0