Qadın futbolçulardan ibarət yığmalar arasında 2023-cü ildə Avstraliya və Yeni Zelandiyada keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb.
“Report”un məlumatına görə, püşkatmaya 4-cü səbətdən qoşulan Azərbaycan yığması Danimarka, Rusiya, Bosniya və Herseqovina, Malta, Monteneqro seçmələri ilə E qrupuna düşüb.
Qeyd edək ki, seçmə mərhələnin oyunları bu ilin sentyabrında start götürəcək və 2022-ci ilin avqustunadək davam edəcək. Dünya çempionatı 2023-cü il 10 iyul – 20 avqustda təşkil olunacaq.