Futbol üzrə 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində daha 6 oyun baş tutub.
“Report”un məlumatına görə, meydana I, J və L qruplarının komandaları çıxıblar.
Ən məhsuldar qarşılaşmalardan biri Xorvatiya ilə Çexiya arasında olub – 5:1. Qazaxıstan öz meydanında Şimali Makedoniyaya uduzub.
9 iyun
I qrup
Estoniya – Norveç 0:1
İtaliya – Moldova 2:0
Xal durumu:
Norveç – 12
İsrail – 6
İtaliya – 3
Estoniya – 3
Moldova – 0
J qrupu
Qazaxıstan – Şimali Makedoniya 0:1
Belçika – Uels 4:3
Xal durumu:
Şimali Makedoniya – 8
Uels – 7
Belçika – 4
Qazaxıstan – 3
Lixtenşteyn – 0
L qrupu
Xorvatiya – Çexiya 5:1
Farer adaları – Cəbəllütariq 2:1
Xal durumu:
Çexiya – 9
Xorvatiya – 6
Monteneqro – 6
Farer adaları – 3
Cəbəllütariq – 0