Bir şəhərdə xüsusi bina açılır. Orda hər bir qadın özünə istədiyi kimi ər seçə bilər. Binada 6 mərtəbə olur. Hər mərtəbəyə uyğun da kişi tipi olur. Bunu bilən bir qadın həmin binaya getmək istəyir.
Binanın girişində şərtlər yazılıb:
1. Bu binaya cəmi bir dəfə gələ bilərsiniz.
2. Hər mərtəbədə oradakı kişilərin xüsusiyyətləri yazılıb. Əgər onlar sizi qane etmirsə, yuxarı mərtəbəyə qalxa bilərsiniz.
3. Geri qayıtmaq olmaz.
Birinci mərtəbəyə qalxan qadın oxuyur: «Bu kişilərin yaxşı işi var və onlar Tanrıı sevir».
Qadın bir qədər fikirləşib növbəti mərtəbəyə qalxır. 2-ci mərtəbə: «Bu kişilərin yaxşı işi var, onlar Tanrıı sevir, uşaqları sevirlər». Qadın o biri mərtəbəyə qalxır.
3-ci mərtəbə: «Bu kişilərin yaxşı işi var, onlar Tanrıı sevir, uşaqları sevirlər və çox gözəldirlər». Qadın bu dəfə də razı qalmır və növbəti mərtəbəyə qalxır. 4-ci mərtəbə: «Bu kişilərin yaxşı işi var, Tanrıı sevirlər, uşaqları sevirlər, çox gözəldirlər, ev işlərində kömək edirlər». 5-ci mərtəbə: «Bu kişilərin yaxşı işi var, Tanrıı sevirlər, uşaqları sevirlər, çox gözəldirlər, ev işlərində kömək edirlər və çox varlıdırlar». Qadın 5-ci mərtəbədə dayanmaq istədi. Lakin növbəti mərtəbəyə qalxmaq istəyi ona burda dayanmağa imkan vermədi və o, altıncı mərtəbəyə qalxdı. Altıncı mərtəbədə belə bir yazı var idi: « Siz bu mərtəbəyə çıxan № 4 363 012 adamsınız. Burda heç bir kişi yoxdur. Bu, tənha qadın üçün olan mərtəbədi. Bu mərtəbə ancaq bir daha sübut etməkçindir ki, qadınları sona qədər razı salmaq olmur. Sizə xoş gün arzu edirik».