- Cəmiyyət

DİM dərsliklərdəki səhvlərə münasibət bildirib

Dövlət İmtahan Mərkəzi orta məktəb dərsliklərindəki səhvlərə münasibət bildirib.

525.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva bildirib ki, 2012-ci ildə ölkə Prezidenti o vaxtkı TQDK-ya dərsliklərin monitorinq keçirmək səlahiyyəti verib: “2016-cı ildə DİM-in nizamnaməsində də qeyd olundu ki, Təhsil Nazirliyinin sifarişi əsasında monitorinq keçirə bilərik. Hər il Təhsil Nazirliyi dərslikləri təkmilləşmiş layihə şəklində bizə göndərir. Dərsliklərin məzmunu, bədii tərtibatı, tapşırıqlar, dizayna baxılır. Məzmunun izlənməsi baxımdan yekun rəylər hazırlayırıq, təkliflər veririk, səhvlər və mübahisəli məqamlar varsa, qeyd edib TN-ə göndəririk. Təkliflər də nəzərə alınır. IV sinif “Rus dili” dərsliyi ilə bağlı layihə yəqin ki, gələn illərdə bizə göndəriləcək, çünki bu il hələ II sinif üzrə hazırlanan kitab layihələri göndərilib. Sözügedən materialla bağlı yanlışlığı elektron versiyada artıq düzəldiblər”.