- Cəmiyyət

DİM tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib

Dövlət İmtahan Mərkəzi tərəfindən martın 13-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

“Report” DİM-ə istinadən xəbər verir ki, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən, iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. İmtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub.

İmtahan Bakı şəhərinin Pirallahı, Xətai rayonlarında, Abşeron, Ağcabədi, Hacıqabul, Lerik, Qəbələ, Qobustan, Quba, Salyan, Samux, Şamaxı, Şəmkir, Yardımlı, Zərdab rayonlarında və Mingəçevir şəhərində təşkil edilib.