Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun press-attaşelərinin Şuşa şəhərinə səfəri başlayıb.
Bu barədə Azərbaycan XİN-in rəsmi tviter səhifəsindəki paylaşımda deyilir.
“Azərbaycanın mədəniyyət paytaxtında maraqlı proqram keçiriləcək. Bura görməli yerlərə gəzinti, yenidənqurma işləri ilə tanışlıq, Cıdır düzündə xalq musiqisini dinləmə daxildir”, – paylaşımda deyilir.