- Dil, Manşet

“Divani Lüğət-it-Türk”ün 950 illik yubileyi UNESCO çərçivəsində qeyd olunacaq

“Divani Lüğət-it-Türk”ün 950 illik yubileyi UNESCO çərçivəsində qeyd olunacaq.

Bu barədə UNESCO üzrə Azərbaycan Milli Komissiyasının “X” hesabında paylaşım edilib.

Bildirilib ki, UNESCO çərçivəsində 2024-2025-ci illərdə türk ləhcələrinin məcmuəsi olan Mahmud Kaşğarinin “Divani Lüğət-it-Türk” əsərinin 950 illik yubileyi də qeyd olunacaq.

Qeyd edək ki, bundan əvvəl görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin 900 illiyi 2024-2025-ci illər ərzində UNESCO çərçivəsində qeyd olunacaq yubileylər siyahısına daxil edilib.

525.az