Xarici şirkətlər, onların ölkədən çıxmasının səbəbləri nə olursa olsun, başa düşməlidirlər ki, onlar üçün Rusiya bazarına qayıtmaq asan olmayacaq. Rusiya 2014-cü ildə sanksiyaların öhdəsindən gəldi və indi də öhdəsindən gələcək.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini eks-prezident və eks-baş nazir Dmitri Medvedev bildirib.
O, “VKontakte” sosial şəbəkəsində yazıb: “Rusiyadan çıxmanın səbəbləri nə olursa olsun, xarici şirkətlər başa düşməlidirlər ki, bizim bazara qayıtmaq asan olmayacaq. 2014-cü ili misal göstərmək olar. O zaman da Qərb boş yerə panikaya yaradıb, sanksiyalar tətbiq etmişdi. Lakin ötən müddət ərzində ölkəmiz bu hərəkətlərə simmetrik məhdudlaşdırılmalarla cavab verərək, ərzaq təhlükəsizliyini təmin etməyə, idxalı əvəzləmə sahəsində bir sıra məsələləri həll etməyə nail olub. İndi də bunun öhdəsindən gələcəyik “.