- Ədəbiyyat

Dolanım başına ey nazlıca yarım, bəri bax

Seyid Əzim ŞİRVANİ 

Dolanım başına, ey nazlıca yarım, bəri bax,
İşvəli, qəmzəli, çəm-xəmli nigarım, bəri bax.

İşvə ağaz qılıb səbrimi tarac etmə,
Getdi dildən dəxi aramü qərarım, bəri bax.

Xəm emiş qamətim əbrulərinin qurbanı,
Zülfi-pürtabına qurban təni-zarım, bəri bax.

Bu cəfadidə dil, ol kakili-mişkinə fəda,
Gözlərin sədqəsi bu cismi-fikarım, bəri bax.

Can nisar etməyə amadədi Seyyid, gözəlim,
Gər desən lütf ilə: ey aşiqi-zarım, bəri bax!