- Cəmiyyət, Manşet

Donetsk vilayətində şiddətli döyüşlər gedir

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Donetsk vilayətində qızğın döyüşlərin getdiyini və onun hərbi komandanlıqla daim əlaqədə olduğunu bildirib.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısı axşam videomüraciətində deyib.

“Donetsk vilayəti – şiddətli döyüşlər gedir. Lakin nəticə var və mən bu nəticəni təmin edən hər kəsə minnətdaram! Baxmut – afərin. Addımbaaddım. Hər bir döyüşçümüzə təşəkkürümü bildirirəm”, – ölkə lideri vurğulayıb.