- Cəmiyyət, Manşet

Donetskin mərkəzində partlayış baş verib

Donets şəhərinin mərkəzində güclü partlayış baş verib.
Kamilinfo lenta.ru-ya istinadən bildirir ki, partlayış öz müstəqilliyinin elan etmiş “Donetsk Xalq Respublikası”nın (DXR) hökumət binasının yaxınlığında olub. Yaxınlıqdakı binalar zərər çəkməyib.

Məlumata görə, avtomobil partlayıb, itki yoxdur. Bir qədər əvvəl yayılan məlumata görə, DXR hakimiyyəti Dontesk sakinlərinin rusiyaya təxliyyəsinə başlayıb. Fevralın 18-də DXR rəhbəri Denis Puşılin əhalinin müvəqqəti olaraq Rostov vilayətinə təxliyyə edildiyini elan edib. O, ilk növbədə qadın və uşaqların təxliyyə ediləcəyini deyib və əhaliyə müraciətində bunun onların həyatını xilas etməyə köməyi edəcəyini bildirib.