Dörd şam sakitcə yanır və yavaş-yavaş əriyirdi. O qədər sakitlik idi ki, şamların danışdıqlarını eşitmək olardı.
Birinci şam dedi: “Man – Səbirəm. Təəssüf ki, insanlar məni qorumağı bacarmır. Mənim sönməkdən başqa yolum yoxdur”. Və şam söndü.
İkinci şam dedi: “Mən – İnancam. Amma mən heç kimə lazım deyiləm, təəssüflər olsun ki… İnsanlar mənim haqqımda heç nə eşitmək istəmirlər, ona görə də daha yanmağın heç bir mənası yoxdur”. İkinci şam da söndü.
Üçün şam dedi: “Mən – Sevgiyəm. Mənim daha yanmağa taqətim qalmayıb. İnsanlar məni qiymətləndirmir. Onlar sevməyi bacarmırlar, sevilməyi bacarmırlar”. Üçüncü şam da söndü.
Qəfildən otağa bir uşaq girdi. Sönmüş şamları görüb qorxdu və qışqırdı: “Siz neynirsiz? Siz yanmalısız! Mən qaranlıqdan qorxuram!” – ağlamağa başladı.
Bu zaman dördüncü şam dilə gəldi: “Ağlama və qorxma! Nə qədər ki, mən yanıram, digər 3 şamı da yandırmaq olar. Mən – ÜMİDƏM!”
kulis.az