- Cəmiyyət

Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib.

Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

“Əməliyyatın təfərrüatları barədə ictimaiyyətə əlavə məlumat təqdim ediləcək. Məsələ Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir”,- deyə məlumatda bildirilir.