- Cəmiyyət

Dövlət Departamenti Ukraynada F-16-ların istismarı üzrə təlim müqaviləsini təsdiqləyib

ABŞ Dövlət Departamenti Ukrayna ilə F-16 qırıcılarının istismarı və texniki qulluq üzrə təlim xidmətlərinin təmin edilməsi üçün təxminən 311 milyon dollar məbləğində müqavilənin bağlanmasını təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə hökumətlərarası müqavilələr üzrə xaricə hərbi texnika və silah tədarükünə cavabdeh olan Pentaqonun Təhlükəsizlik Sahəsində Əməkdaşlıq Agentliyi məlumat yayıb.

“Dövlət Departamenti Ukrayna hökumətinə F-16 təyyarələrinin və əlaqəli avadanlıqların istismarı və texniki qulluğu üzrə təlim xidmətlərinin 310,5 milyon dollar məbləğində mümkün xarici hərbi satışının təsdiqlənməsi barədə qərar qəbul edib”, – bəyanatda deyilir.

Müqavilə qırıcıların modifikasiyası, onlara texniki qulluq, pilotların və texniki heyətin təlimi, eləcə də ehtiyat hissələri, avadanlıq və proqram təminatının tədarükü üzrə xidmətləri əhatə edir.

Bu sazişin tədarükçüləri arasında “Lockheed Martin Aeronautics”, “Pratt & Whitney” və “BAE Systems” korporasiyaları var.