- Mədəniyyət

Dövlət Film Fondunda Xalq artisti Rasim Ocaqovun şəxsi arxiv fondu yaradılıb

Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, Dövlət mükafatı laureatı Rasim Ocaqovun şəxsi arxiv fondu yaradılıb.

Dövlət Film Fondundan AZƏRTAC-a bildirilib ki, fonda görkəmli sənətkarın nadir fotoşəkilləri, filmlərin afişa və plakatları, müxtəlif albom, qəzet və jurnallarda dərc olunmuş məqalələr və s. arxiv sənədləri daxil edilib.

Xalq artistinin şəxsi arxiv fondunda Ukraynadan daxil olmuş arxiv materialları da yer alır.