- Mədəniyyət

Dövlət Mahnı Teatrında Rəşid Behbudovun xatirə otağı yaradılıb

Dövlət Mahnı Teatrında dünyaşöhrətli müğənni, SSRİ Xalq artisti Rəşid Behbudovun anım günü münasibətilə sənətkarın xatirə otağının açılışı olub.

Teatrdan AZƏRTAC-a bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev, Əməkdar incəsənət xadimləri – bəstəkar Aydın Əzimov, şair Baba Vəziroğlu sənətkarın Azərbaycanın musiqi mədəniyyəti tarixindəki rolundan söz açıblar.

Çıxışçılar Rəşid Behbudovun yaratdığı və adını daşıyan teatrda xatirə otağının yaradılmasını təqdirəlayiq addım kimi dəyərləndiriblər.

Tədbir bədii hissə ilə davam edib. Mahnı Teatrının musiqi kollektivi və tanınmış ifaçılar sənətkarın repertuarından nəğmələr səsləndirib.