- Mədəniyyət

Dram Teatrında “Ledi Maqbet” tamaşasının məşqləri başlayıb

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı kollektivi Uilyam Şekspirin əsərinin motivləri əsasında hazırlanan “Ledi Maqbet” tamaşasının məşqlərinə başlayıb.

Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsəri Xalq artisti Bəsti Cəfərovanın yubileyinə həsr olunub.

Yeni səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Samirə Həsənova, bəstəkarı Azər Hacıəsgərli, rejissor assistenti Ceyran Başarandır. Rəqslərin quruluşu isə Lalə Hacıyevaya həvalə olunub.

“Ledi Maqbet”də rolları Xalq artistləri Bəsti Cəfərova, Sabir Məmmədov, Kazım Abdullayev, Əməkdar artistlər Elşən Rüstəmov, Məsmə Aslanqızı, Aslan Şirin, Elşən Cəbrayılov, Mətləb Abdullayev, Elnar Qarayev və aktyorlar Elnur Qədirov, İlahə Həsənova, İlyas Əhmədov, Vüsal Mustafayev, Xədicə Novruzlu və digərləri ifa edəcəklər.