“Ingenuity” dron-helikopteri Marsda 13-cü uçuşunu uğurla başa vurub. Xarici KİV-lər yazır ki, bu barədə NASA-nın “Jet Propulsion” laboratoriyası məlumat yayıb.
Saniyədə 3,3 metr sürətlə uçan dron-helikopterin uçuş məsafəsi 210 metr olub.
Qeyd edək ki, 1,8 kiloqramlıq “Ingenuity” dron-helikopteri ilk dəfə aprelin 19-da Mars səthindən 3 metr yüksəyə qalxıb və havada cəmi 39,1 saniyə qalıb.
Hazırlanması 80 milyon dollara başa gələn “Ingenuity” dron-helikopterin əsas missiyası qədim zamanlarda Qırmızı planetdə mövcud ola biləcək həyat izlərini aşkarlamaqdır.