- Ədəbiyyat

Dün dolandım başına, söylədi pərvanədi bu

Seyid Əzim ŞİRVANİ 

Dün dolandım başına, söylədi pərvanədi bu,
Zülftin aldım əlimə, güldü ki, divanədi bu.

Həlqəyi-zülfdə gör xali-siyahm ey dil,
Birisi dami-bəladır, birisi danədi bu.

Arizi-yanma bax, yoxdu gər əqlində qüsur,
Vaiza, vəsfi-behişt eyləmə, əfsanədi bu.

Sanma məscid kimi, bisidqü iradət gəlmə,
Ey gözüm, gözlə ədəb, guşeyi-meyxanədi bu.

Bu deyil pərdeyi-üşşaqi Nəhavəndü hicaz,
Qülğülə ərşə salan nərəyi-məstanədi bu.

Seyyida, çək gözə eyvani-tila sürməsini,
Can yetib kamma kim, mənzili-cananədi bu.