Hazırda dünya Türkiyənin hazırladığı PUA texnologiyaları haqda danışır.
Axar.az xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank deyib.
“F-35 proqramı ilə əlaqədar fikirlərimi soruşurlar. F-35 həqiqətən uğurlu təyyarədir, amma biz bunun ekvivalentini Türk Aviasiya və Kosmik Sənaye Şirkəti (TUSAŞ) ilə birlikdə inkişaf etdiririk. Bunun xaricində Türkiyə hazırda döyüşən PUA texnologiyasına sərmayə qoyan nadir ölkələrdən biridir.
İnşallah, döyüşən PUA-larımızı işə saldığımız zaman əmin olun, dünya F-35-lərdən deyil, Türkiyənin inkişaf etdirdiyi PUA-lardan danışacaq. Bütün bunları edə bilmək yalnız resurslar, imkanlar və büdcə ilə olmur. Bir az da ürəklə, insanla əlaqəlidir”, – deyə Varank bildirib.