- Maraqlı

Dünyada ən qədim güzgünün təxminən 7000 illik tarixi var

Dünyada ən qədim güzgünün təxminən 7000 illik tarixi var. Xüsusi şüşə ixtira olunanadək güzgü istehsalında qızıl, gümüş, qalay, mis və dağ bülluru kimi daş və metallardan istifadə olunurdu. Arxeoloqlar hesab edirlər ki, dünyada ən qədim güzgü Türkiyə ərazisində tapılmış 7500 illik cilalanmış obsidian parçasıdır.
Müasir güzgü 1279-cu ildə fransız əsilli Con Pekamın şüşənin üzərinə qurğuşun təbəqəsi çəkməsi ilə ixtira olunmuşdur. Güzgünün ilk istehsalçıları venesiyalılar idi. İlk güzgülər bir qədər bulanıq idilər və onlar udduqları işıqdan daha çox əks etdirirdilər.
1835-ci ildə alman alimi Yustus fon Libix gümüşdən istifadə etməklə daha aydın və parlaq görüntü əldə edənədək bu proses davam elədi. XIV Lüdovik güzgü həvəskarı idi. Məhz onun hakimiyyəti dövründə “San-Qoben” firması venesiyalıların istehsal sirlərini öyrənmiş və elə bundan sonra da güzgülərin qiyməti xeyli aşağı düşmüşdür. O vaxtdan etibarən artıq bütün evlərin divarlarında və şəkil çərçivələrində güzgülərdən istifadə olunmağa başlandı.

portal.azertag.az