- Maraqlı

Dünyanın ən şanslı bəyinin möhtəşəm toyu bir həftə davam edib

Dünyanın ən zəngin adamları arasında yer alan Bruney Sultanı Hassanal Bolkiaxın qızı Fadzillah Lubabul iraqlı Əl Haşimi ilə bir həftə davam edən möhtəşəm toy mərasimi ilə evlənib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, gəlinin geyimi, zinət əşyaları, toyun təntənəsi diqqəti cəlb edib.

Vaxtı hələ ötən ilin dekabrında açıqlanan toyda şahzadə Fədzillah Lübabulun çoxsaylı geyim dəyişikliyi və şişirdilmiş zinət əşyaları da hər kəsin marağına səbəb olub.

Ərazisi Türkiyənin İstanbul şəhərindən kiçik olan ada ölkəsi Bruneyi 1968-ci ildən bu günə kimi idarə edən Hassanal Bolkiaxın 40 milyard ABŞ dollar məbləğində sərvəti, 3 arvadı, 5 oğlu və 7 qızı var. Şahzadə Malik Sultanın altıncı övladıdır, anası isə Sultanın birinci arvadıdır.