Əlcəzair İsrailin Qəzza zolağında 100-dən çox insanın ölümünə səbəb olan Əl-Təbiyin məktəbinə endirdiyi zərbə ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının çağırılması üçün müraciət edib.
APA xəbər verir ki, bu barədə TASS-a Təhlükəsizlik Şurasındakı diplomatik mənbə məlumat verib.
Qeyd edək ki, avqustun 10-da səhər saatlarında İsrail Hərbi Hava Qüvvələrinin Qəzza şəhərindəki Əl-Təbiyin məktəbinə zərbələr endirib.
Endirilən aviazərbələr 100-dən çox mülki şəxsin həlak olmasına səbəb olub.