- Mədəniyyət

Emin Sabitoğlunun 85 illiyi qeyd ediləcək

Oktyabrın 15-də Heydər Əliyev Sarayında “Əbədiyaşarlar” layihəsi çərçivəsində görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlunun anadan olmasının 85 illiyi münasibətilə konsert proqramı təşkil olunacaq.

Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, gecədə bəstəkarın unudulmaz nəğmələrini tanınmış incəsənət nümayəndələri ifa edəcəklər.